"Bizim Yol" qəzeti Ramil Usubova üz tutdu

img

08-11-2012 [01:00]


Noyabrın 7-nə keçən gecə saat 03:20 radələrində ?Bizim Yol? qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov naməlum şəxslərin hücumuna məruz qalıb. Qəzetin 8 noyabr sayında verilən məlumata görə, hadisə Şərifzadə küçəsi, 3 ünvanında (ATV kanalının yaxınlığında), Vüsal Yusubov ?Futbol+? mətbəəsindən çıxarkən baş verib. İdmançı görkəmli, idman geyimli 4 oğlan qəfildən Vüsal Yusubovun idarə etdiyi 10 MR 551 nömrəli ?Mercedes? markalı avtomobilin qarşısını kəsiblər. ?Mətbəənin darvazasından çıxanda bir nəfər yaxınlaşdı maşına, yaxınlaşan kimi sürücü tərəfdə olan qapını açdı və ?Məni tanıyırsan?? dedi. Tanımadığımı demişdim ki, üz nayihəmdən təpik-yumruq zərbələri endirdi. Onun əllərini tutumaq istəyirdim ki, sağ qapını açan ikinci şəxs bu yandan zərbələr endirməyə başladı. Gördüm ki, daha iki nəfər bir az qabaqda gəlib-gedən olub-olmadığına nəzarət edir. Birinci iki şəxs heç bir söz demədən, səbəb göstərmədən təpik-yumruq zərbələri ilə döyməyə başladılar məni. Hətta basqınçılar avtomobilimi söndürməyimə və maşından düşməyimə də imkan vermədilər? - Vüsal Yusubov hadisənin necə baş verdiyini açıqlayarkən belə deyib. Təxminən 5 dəqiqəyə yaxın davam edən hadisə Post Patrul Xidməti maşınının əraziyə gəlməsi nəticəsində yekunlaşıb. Belə ki, kənarda dayanaraq gəlib-gedənlərin olub-olmadığını nəzarətdə saxlayan basqınçılardan biri ?gəldilər, getdik? qışqırıb və polis hadisə yerinə çatanadək onlar qaçaraq dağılışıblar. Sonradan polislərin və ?Futbol+? mətbəəsi əməkdaşlarının axtarışlarına baxmayaraq, cinayətkarlar tapılmayıb. Vüsal Yusubov fakt üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsində izahat verib, araşdırma aparılır. O, həmçinin Yasamal Rayon Məhkəmə-Tibbi Ekspertizasından keçib, döyülmə faktı təsdiqlənib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ?Bizim Yol?a bildirib ki, jurnalistlərə, qəzet əməkdaşlarına olan təzyiqləri həmişə pisləyiblər: ?DİN həmişə mətbuata olan təzyiqləri pisləyib. Jurnalistlər öz fəaliyyətlərini aparmaqda sərbəst və azaddırlar. Başqa vərtəndaşlar kimi jurnalistlərin də hüquqları qorunub. Bu gün də belədir. Məsələ ilə bağlı rəsmi müraciət edilsin, araşdırma aparılacaq?. ?Bizim Yol? xəbər verir ki, Vüsal Yusubovun döyülməsindən az əvvəl, daha doğrusu, noyabrın 6-sı saat təxminən 12-13 radələrində qəzetin redaksiyasına gözlənilməz zəng gəlib. Qəzetin dəstəyi qaldıran əməkdaşı aqressiv tonda ?Siz kimsiniz, belə alçaq-alçaq yazılar yazırsınız?? deyən bir kişi səsini eşidir. Beləliklə, arada aşağıdakı dialoq yaşanır: - Bu gün nə ağzınıza gələni yazmısınız? Hansı alçaq edib bunu? - Bir dəqiqə... Axı, siz kimsiniz? - Kəs səsini, mən danışıram. Sizdə o qız var eee - Sevinc Vaqifqızı, o nə karədir ki, bu cür böhtan, iftira yazır? Gəlib, onun orda başını kəsərəm. - Təhqirə keçməyin, həddinizi bilin. Kim olduğunuzu demədən bu qədər təhqir yağdırırsınız. Bunun axırı məhkəməlik olar. - Ə, sən məni məhkəmə ilə qorxudursan? Siz qudurmusunuz. Başınıza oyun açaram sizin. Mən Salman Əlizadənin atasıyam... ?Dünya çempionunun adı dələduzluq olayında? başlıqlı yazınızdakı boks üzrə dünya və Avropa çempionu olan Salman Əlizadənin atasıyam. Sözügedən yazı müəllifi həmin vaxt redaksiyada olmadığı üçün telefon söhbəti yarımçıq qalıb, redaksiyanı hədələyən şəxs axşam təkrar zəng vuracağını desə də, sonradan heç bir xəbər çıxmayıb. Bu söhbətin yaşandığı günün gecəsi isə qəzetin digər əməkdaşı - hər gecə qəzeti mətbəəyə nəşrə aparan Vüsal Yusubov idmançı görkəmli naməlum şəxslərin amansız hücumuna məruz qalıb. ?Bizim Yol? qəzeti əməkdaşının döyülməsi ilə təhdid zəngi arasında bağlılığın olduğunu ehtimal edir və hazırda bu versiyanı araşdırdığını xəbər verir. Artıq ?Bizim Yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev daxili işlər naziri Ramil Usubova məktubla müraciət edib. Müraciətdə deyilir: ?Bizim Yol? qəzetinin redaksiyası əmindir ki, bu hadisə Vüsal Yusubovun şəxsən özünə deyil, qəzetə qarşı yönəlmiş bir hərəkətdir. Çünki 2012-ci il noyabrın 6-da saat 12-13 aralığında bir nəfər şəxs redaksiyanın sabit nömrəsinə zəng edərək ?Bizim Yol?un həmin günkü sayında dərc olunmuş ?Dünya çempionunun adı dələduzluq olayında? başlıqlı yazının müəllifi Sevinc Vaqif qızı Abbasovanı axtarıb, onun Bakıda olmadığını bildikdə onun və qəzetin ünvanına təhqirlər səsləndirib, bu yazını yazan müxbirin başını kəsəcəkləri ilə hədələyib. Onun telefon danışığının bir hissəsi lentə alınıb. Həmin şəxs yazıda adı çəkilən boks üzrə dünya və Avropa çempionu Salman Əlizadənin atası olduğunu deyib və əməkdaşlarımızı ölümlə təhdid edib. Buna səbəb 200 nəfəri aldadaraq 5 milyon manatı mənimsədiyi iddia olunan, əvvəllər dələduzluq cinayəti törətməkdə təqsirli bilinərək məhkum olunmuş, hazırda isə Cinayət Məcəlləsinin 296.2-ci (böhtan atma) maddəsində nəzərdə tutulan əmələ görə barəsində axtarış elan edilmiş Əliyeva Aygün Seyran qızının qanunsuz hərəkətləri barədə silsilə yazılar dərc etməyimizdir. Müxbirimiz Abbasova Sevinc Vaqif qızının həmin məsələ ətrafında araşdırmaları nəticəsində 2012-ci il oktyabrın 4-dən başlayaraq bu günə qədər ?Bizim Yol? qəzetində 14 material dərc olunub. Bu yazılardan sonra Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürərək A.S.Əliyeva və onunla əlbir olan şəxslərlə bağlı əməliyyat-axtarış qrupu yaradıb və intensiv axtarışlar aparılır. Bununla bağlı redaksiyamız Daxili İşlər Nazirliyinə və şəxsən Sizə öz təşəkkürünü bildirir. Zərərçəkənlərdən birinin məlumatına görə, Aygün Əliyeva qızının nişanlısı, Avropa və dünya çempionu Salman Əlizadənin mənzilində gizlənir. Zərərçəkən iddia edib ki, bunu ona A.Əliyevanın özü deyib. Salman Əlizadə isə ?Bizim Yol?a açıqlamasında bu xəbərin doğru olmadığını bildirmişdi. Ancaq qəzetdə bu yazı dərc olunduqdan sonra Salman Əlizadənin atası olduğunu iddia edən şəxs redaksiyaya zəng edib, onunla danışan əməkdaşımızın və məqalə müəllifinin ünvanına təhqirlər və təhdidlər səsləndirib. Ardınca da naməlum idmançılar gecə saatlarında qəzeti mətbəəyə çapa aparan əməkdaşımızı izləyərək ona hücum edib, ağır xəsarətlər yetiriblər. Son iki gündə araşdırma yazılarının müəllifi Sevinc Vaqif qızı Abbasova ezamiyyətdə olub, Vüsal Yusubovun qurban kimi seçilməsi isə onun işi ilə bağlı gecə şəhərdə tək hərəkət etməsi ola bilər. Bununla basqınçılar bütövlükdə redaksiyanı təhdid edirlər. Yeri gəlmişkən, ?Dünya çempionunun adı dələduzluq olayında? adlı yazıda qeyd olunurdu ki, Daxili İşlər Nazirliyindən Aygün Əliyevanın yaxın günlərdə tutulacağı bildirilib. Buna qədər isə artıq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları A.S.Əliyeva ilə əlbir olmaqda şübhəli bilinən bir nəfəri müəyyən edib saxlayıblar. Ola bilsin, Vüsal Yusubova sui-qəsd cəhdini törədən və Sevinc Abbasovanı təhdid edən şəxslər bu məlumatdan da narahat olublar və qəzetdə bu yazıların dayandırılmasına belə yollarla nail olmaq istəyiblər. Hörmətli cənab nazir! Sizdən xahiş edirəm ki, bu hadisə ilə bağlı araşdırmaları şəxsi nəzarətinizə götürəsiniz və qanunvericiliyə uyğun olaraq fakta müvafiq hüquqi qiymət verilməsinə sərəncam verəsiniz. Eyni zamanda xahiş edirik ki, ?Bizim Yol? qəzetinin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinə tapşırıq verəsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA