Elzad Abdullayevin evindən 400-ə qədər məxfi videokaset çıxdı

img

08-11-2012 [12:43]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıda yerləşən daha bir evində axtarış aparılıb və oradan 400-ə qədər videokaset, eləcə də başqa materiallar götürülüb. Mia.az Musavat.com-a istinadən xəb verir ki, məhz bu əməliyyatdan sonra isə baş nazirin müavini Elçin Əfəndiyevin sabiq köməkçisi Vaqif Hüseynovun və iş adamı Arzu Kazımovun həbsi həyata keçirilib. Xəbəri verən mənbə bildirir ki, Elşad Abdullayevin ətrafında cərəyn edn bu iki hadisə bir-birilə əlaqədardır. Qeyd edək ki, artıq iki aya yaxındır E.Abdullayev əlindəki kompromatlarla hakimiyyəti hədələyərək itkin düşmüş qardaşının taleyinə yadınlıq gətirilməsini tələb edir. Onun hələ rektor işləyərkən müxtəlif şəxslərlə özünün görüşlərini audio və video lentlərə aldığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA