Nigar Yaqubluya ailəsi ilə görüzməyə icazə verilib

img

07-11-2012 [11:29]


Nigar Yaqubluya ailəsi ilə görüşməyə icazə verilib. Bu haqda onun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. T.Yaqublu görüş üçün hakimə müraciət etdiklərini və münasib bir vaxtda Nigarla görüşəcəklərini dedi: ?Nigar istintaq altında olanda bizim ailə onunla cəmi bir dəfə görüşə bilib. O da Ombudsmanın işə qarışmasından sonra anasına və bacısına görüşməyə icazə verdilər. Mənə isə icazə vermədilər. Baxmayaraq ki, rəsmi şəkildə dəfələrlə ərizə yazmışdıq. Bizim ərizələrimizdən imtina edib və çox qanunsuz bir cavab verirdilər?. N.Yaqublunun işinin artıq yekunlaşdığını və məhkəməyə verildiyini qeyd edən T.Yaqublu bildirib ki, məhkəmənin vaxtı və hakimin adı artıq məlumdur: ?Məhkəmə hakim İlham Kərimlinin sədrliyi ilə noyabrın 13-ü saat 14:30-da keçiriləcək. Vəkillər bizə məsləhət gördü ki, görüş üçün artıq hakimə müraciət etmək lazımdır. Mən də müraciət etdim və İlham Kərimliyə təşəkkür edirəm ki, bütün ailə üzvlərinin Nigar Yaqublu ilə görüşməsinə artıq razılıq məktubu verib. Biz də münasib bir vaxtda gedib görüşəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA