Elçin Əfəndiyevin həbs edilən sabiq köməkçisi və iz adamı haqda rəsmi açıqlama

img

07-11-2012 [10:48]


Baş Prokurorluq keçmiş Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı iş üzrə 3 nəfərin həbs edildiyi barədə açıqlama verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu Vaqif Hüseyn, Nəriman Ağayev və Arzu Kazımov barəsində həbs -qətimkan tədbiri seçilib. Onların cinayət məsuliyyətinə cəlb edilmələri isə Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır. Bəzi məlumatlara görə, onlar Elşad Abdullayevdən pul tələb ediblər. Qeyd edək ki, həbs edilənlərdən birinin - Vaqif Hüseynin baş nazirin müavini, Elçin Əfəndiyevin 3 il əvvələ qədər köməkçisi, digərinin isə iş adamı Arzu Kazımov olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA