Elzad Abdullayevin izi ilə bağlı 3 nəfər həbs olunub

img

07-11-2012 [04:58]


Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tədbirlərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri M. Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların E. Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır. İstintaqın gedişi barədə ictimayyətə əlavə açıqlama veriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA