Dövlət qulluğuna qəbulla bağlı rəsmi açıqlama

img

07-11-2012 [01:28]


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 103 dövlət orqanında 1227 vakant dövlət qulluğu vəzifəsinin tutulması müsabiqələri ilə bağlı açıqlama yayıb: ?7, 14, 17 avqust, 6 sentyabr və 5 oktyabrda elan edilmiş müsabiqələr üzrə qeydiyyat bitib. Oktyabrın 24-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə noyabrın 22-də başa çatacaq. Ən çox namizəd qeydə alınan dövlət orqanları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (713 nəfər), İqtisadi İnkişaf Nazirliyi (643), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (640), Əmlak Məsələləri Dövlət Komitəsi (570), Təhsil Nazirliyi (508), Mədəniyyət və Turizm Nazirliyi (390), Dövlət Sosial Müdafiə Fondu (374) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır (341). Müsabiqəin test imtahanı 12 noyabrdan başlayır. Test imtahanı qrafiki komissiyanın internet saytında(www.dqmk.gov.az) yerləşdirilib. Namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq: - Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı; - qanunvericilik sahəsində - 40 test tapşırığı; - informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı; - məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA