Said Dadazbəylinin müdafiəçiləri bəyanat verib

img

06-11-2012 [11:14]


"Said Dadaşbəylinin dəstəsinin" hüquqlarının müdafiəsi komitəsi hüquq müdafiəçisi Səidə Qocamanlıya cavab bəyanatı verib. Bəyanatda deyilir: "Səidə Qocamanlı sizin 04.11.2012-ci il tarixində ?Musavat? qazetinə verdiyiniz müsahibəni oxuduq. Saidə xanım şəxsən Siz bu 4-5 ildə Said D. Ilə həbsdə olan insanları bir hüquq müdafiəçisi kimi bir dəfə də olsa onlarla görüşmüsünüzmü? Onları dinləmisinizmi? ? əlbəttə yox! Onda nə üçün gah nala vurursunuz, gah da mıxa? Siz kimsiniz? Bu günahsız uşaqlardan nə istəyirsiniz? Bir tərəfdən Said D. Ilə həbsdə olan insanları günahsız , savadlı, ağıllı olduqlarını etiraf edirsiniz həm də onların azad olmaqlarını arzu edirsiniz, digər tərəfdən isə onların siyasi məhbus siyahısından çıxarılması üçün az qala özünüzü şəhid edəsiniz. Deyirsiniz ki, siyasi məhbus meyarların birində belə deyilir: əgər məhkəmənin qərarları iddiaya uyğun deyilsə, o siyasi məhbus sayıla bilər. Siz öz sözünüzlə özünüzü təkzib edirsiniz. Saidə Qocamanlı xahiş edirik bir sualımıza cavab verəsiniz. 2007-ci il yanvarın 13-də Azərbaycanda zorla hakimiyyət ələ keçirilibmi? Konstitutsiya dəyişilibmi? Azərbaycanda İslam dövləti yaradılıbmı? Said D. həbsdə olan insanlara ?hakimiyyətin qeyri-qanuni istela edilib tutulması?, ələ keçirilməsi olmadan CM-nin 278 ci maddəsi verilib. Nə ittiham aktında, nədə ki hökmdə bu insanlarla əlaqədar heç bir vətənə xəyanət faktı qeydə alınmamışdır. Lakin CM-nin 274 ? Vətənə xəyanət? maddəsi verilmişdir. Saidə Qocamanlı siz həqiqətən insan haqlarının müdafiəçisi olsaydınız Said D. Ilə birlikdə həbs olunanları həbs olunan gündən siyasi məhbus hesab edərdiniz və öz siyahınıza salardınız. Sİz bir ildir ki, Said D. Qondarma dəstəsinə açıq məhkəmə istəyirsiniz. Sizin istəyinizi eşidən olubmu? Siz öz müsahibənizdə düzgün qeyd etmisiniz ki, İsgəndər Həmidov, Rəhim Qaziyev Avropa məhkəməsinin təkidi ilə açıq məhkəmə keçirildi və azad olundular. Onlarda siyasi məhbus idilər. Siyasi oyunların qurbanı olan övladlarımıza, bizdə Avropa məhkəməsinin təkidi ilə açıq məhkəmə istəyirik, azadlıq istəyirik!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA