Maliyyə Nazirliyi icra bazçısının 200 minlik rüsvayçı korrupsiyasını azkarladı

img

06-11-2012 [05:09]


Ağcabədi rayonunda rüsvayçı olayın baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumata görə, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra bu gün səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq ?Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar? deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.(aznews)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA