Bakıda daha bir məhbus həbsxanada ölüb

img

06-11-2012 [12:44]


Noyabrın 5-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, 15 saylı cəzaçəkmə müəssisəsindən 1967-ci il təvəllüdlü Şıxəliyev Famil Şamil oğlu müalicə müəssisəsinə yerləşdirilib. Həkimlərin apardığı müalicə işinə baxmayaraq 45 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb. F.Şıxəliyevə qara ciyərin serrozu diaqnozu qoyulub. F.Şıxəliyev keçən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələr) maddəsi ilə təqsirli bilinib və məhkəmə tərəfindən 2 il 6 ay müddətinə həbsə məhkum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA