Hüquqi inkizaf və Demokratiya ictimai Birliyi dəyirmi masa keçirir

img

06-11-2012 [11:32]


quqi İnkişaf və Demokratiya İctimai Birliyi 06 noyabr 2012-ci il tarixində saat 11.00-da Kaspian Plazanın konfrans zalında (C.Cabbarlı 44, Kaspian Plaza 3, 2-ci mərtəbə) dəyirmi masa keçirir. Tədbir narkotik istifadə edən qadınlar arasında (İNİ qadınlar) reproduktiv və seksual sağlamlıq ?idmətlərdən və narkoloji yardımdan istifadə imkanlarının dəyərləndirilməsinə dair sənədlə bağlı müzakirələrə həsr olunub. Bu sənəd ?Narkotik istifadəçisi olan qadınların artan ehtiyaclarına cavab tədbiri olaraq QHT-lərin potensialının gücləndirilməsi? adlı layihə çərçivəsində hazırlanıb. Layihəni 2012-ci ildən Avropa Birliyinin maliyyə dəstəyi ilə Avrasiya Zərərin Azaldılması Şəbəkəsi keçirir. Layihənin Azərbaycandakı partnyoru Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyidir. Layihə narkotik istifadə edən qadınlara göstərilən ?idmətlərin keyfiyyətinin artırılması üçün davamlı maarifləndirmə, QHT-lərin bacarıqlarının artırılması və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA