Samur-Yalama Milli Parkının yaradılması haqqında sərəncam imzalandı

img

05-11-2012 [11:03]


Prezidenti İlham Əliyev Azərbaycan Samur-Yalama Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsində Azərbaycanın Samur-Yalama Milli Parkı yaradılsın. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu sərəncam "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq, Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi daşıyır

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA