Bakıda polislər arasında qanlı dava

img

05-11-2012 [05:10]


Bakı şəhər Baş Polis İdarəsi, Yasamal rayon Polis İdarəsinin bir qrup əməkdaşı arasında dava baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Zaur Axundov sınıq xəsarəti ilə təcili tibbi yardıma müraciət edib. Ona tibbi yardım göstərilib, qoluna sarğı qoyulub. Araşdırmalar nəticəsində məlum olub ki, Z.Axundov ilə polis serjantları Vəliyev Samir Eyvaz oğlu və Talıbov Bəxtiyar Namiq oğlu arasında dava-dalaş baş verib. Hələlik səbəbi açıqlanmayan hadisə zamanı serjantlar polis zabitini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA