Milli Məclis məhkəməyə verilir

img

05-11-2012 [04:54]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Rusiyada yaşayan bir qrup Azərbaycanlı milyarderin iştirakı ilə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqınının yaradılması məsələsinə münasibət bildirib. Partiya yetkililəri bu cür anti Azərbaycan təşkilatlarının yaranmasının əsas səbəbinin mövcud hakimiyyətin demokratik qüvvələrə qarşı yeritdiyi repressiv siyasətin nəticəsində ortaya gəldiyini diqqətə çatdırıb və Azərbaycan xalqını Rusiyanın maraqlarına xidmət edən və istiqlalımızın əleyhinə yönələn bu tipli təhlükəli projelərə qarşı birgə dirəniş göstərməyə çağırıb. İdarə Heyəti üzvləri İran və Ermənistanın birgə iştirakı ilə Araz çayı üzərində SES-in tikilməsini, dövlətimiz üçün ekoloji baxımdan ziyanlı olduğunu və Azərbaycanla müharibə şəraitində olan Ermənistana təcavüzkarlığını davam etdirmək baxımdan, yeni imkanlar yarada biləcəyini diqqətə çatdırıb və İran dövlətini qardaş Azərbaycan dövlətinin əleyhinə yönələn bu projedən, imtina etməyə çağırıb. Son vaxtlar Dövlət Neft fondunun başqa-başqa ölkələrə investisyalar qoymasının və investisiya adı altında korupsiyaya yol açılması faktlarını da İdarə Heyəti ciddi etirazla qarşılayıb və bu cür investiyalar əvəzinə Azərbaycanda işsizliyin və yoxsulluğun aradan qaldırılması üçün səmərəli iqtisadi layihələr hazırlanmasınının vacibliyini bildirib və müvafiq orqanlardan Neft Fondunun ölkə xaricindəki investisiyalarını təftiş etməyə çağırıb. Daha sonra İdarə Heyəti üzvləri Milli Məclisdə mitinqlərə görə yeni cərimələr müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsini yol verilməz hesab edib və bunun Azərbaycan Konstitusiyasına, Avropa İnsan Haqları Xartiyasına və beynəlxalq hüququn prinsiplərinə zidd olduğuna görə, dövlət başçısını konstitusiyanın və insan haqlarının təminatçısı olaraq bu qanunu imzalamaqdan imtina etməyə çağırıb və bu qanunun konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA