Hacıbala Abutalıbova keçmiz izçisindən sərt ittiham

img

05-11-2012 [12:49]


10 il Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) nəzarət şöbəsinin müdiri işləmiş Arzu Məmmədov 1 saylı İnzibati-İqtisadi Məhkəmənin hakimi Şərafət Məmmədovaya müraciət edib. Tutduğu vəzifədən qanunsuz çıxarılması haqda qərarın ləğvini və işə bərpa olunmasını tələb edən sabiq şöbə müdirinin müraciətində bəzi maraqlı məqamlar var. A.Məmmədov yazır ki, iddiası üzrə keçirilən son məhkəmə iclasında BŞİH nümayəndəsi iddianın rədd olunmasını tələb edib: ?BŞİH-in iddia ərizəmin rədd edilməsi barədə yazdığı müraciətdən belə başa düşülür ki, BŞİH Aparatının bütün şöbələrinin təsdiq edilmiş əsasnamələri olub. Bu əsasnamələr 2008-ci ildə müəyyən dəyişiklikdən sonra yenidən təsdiq edilib. Əgər doğrudan da belədirsə, onda təsdiq olunmuş əsasnaməni şöbə müdirindən gizlətmək böyük cinayətdir. Necə ola bilir ki, bu əsasnamələri təsdiq edən Hacıbala Abutalıbov 10 ildə əsasnamənin təsdiqi uğrunda mübarizə apardığımı bilə-bilə təsdiqlənmiş əsasnaməni tanış olmaq üçün mənə verməyib? Əgər yalan deyirəmsə, Abutalıbov əsasnamə ilə tanış olmağım barədə imzamı məhkəməyə təqdim etsin. BŞİH-in iddia ərizəmin rədd edilməsi barədə yazdığı müraciətdə göstərilib ki, üzünü görmədiyim təsdiq edilmiş əsasnaməyə guya dəyişikliklər edilərək rayon icra hakimiyyətləri də daxil bütün idarə və müəssisələrdə yoxlama aparmaq səlahiyyətləri verilməsini tələb etmişəm. Bu boyda yalan olarmı? Əgər belə tələb etmişəmsə, o tələb 2008-ci ildən sonra BŞİH başçısına və ya Aparat rəhbərinə göndərdiyim hansı müraciətimdə əksini tapıb? Əgər təsdiq edilmiş əsasnamə olubsa, tələbimin qanunsuz olması barədə niyə mənə cavab verilməyib? Əgər əsasnamənin təsdiq olunmasını bilirdimsə və bilə-bilə də təsdiq tələb edirdimsə, Abutalıbov məndən bu barədə niyə rəsmi izahat almayıb, bu ?zəhlətökənliyə" görə tənbeh etməyib?" A.Məmmədov BŞİH-in yazdıqlarına da münasibət bildirib: ?Yazıblar ki, guya rayon icra hakimiyyətlərində və tikinti təşkilatlarında yoxlama aparmağa cəhd göstərmişəm, bu barədə rəhbərliyə şikayətlər ediləndən sonra guya xəbərdarlıq olunaraq qanunsuz yoxlamaların qarşısı alınıb. Yalandır! İşlədiyim 10 ildə yalnız Binəqədi RİH-də yoxlamada olmuşam. Abutalıbov məni Binəqədi RİH-də işləyən qrupa keçmiş başçı Hüseyn Hüseynovun qanunsuz torpaq ayrılması barədəki sərəncamları yoxlamaq üçün daxil edib. Aşkarladığım faktlara görə tərifləyib. Abutalıbovun 08.04.2004-cü il tarixli, 72 saylı sərəncamı ilə yaradılmış qanunsuz tikililərə qarşı mübarizə komissiyasının üzvü olmuşam. O vaxtdan 2008-ci ilədək tərəfimdən sənaye zonaları, yaşıllıqlar, dairəvi yolun 9-cu mikrorayondan keçən hissəsində, zeytun bağında, bəzi mədən və məktəblərin ərazisində aparılan qanunsuz tikinti işləri aşkarlanıb. Onlar barədə RİH başçılarına, rayon polis idarələrinə, rayon prokurorluqlarına Abutalıbovun imzası ilə tərəfimdən tərtib edilmiş minlərlə məktub göndərilib. 2008-ci ildə Abutalıbovun özünə və qohumlarına məxsus bəzi obyektlərdə - Nazim Hikmət küçəsində, Zorge bağının ətrafında yerləşən binaların birinci mərtəbəsində aparılan qanunsuz inşaat işlərini onlara məxsusluğunu əvvəlcədən bilmədiyimə görə saxlamışam. Bu barədə məktub tərtib edib Abutalıbovun adından müvafiq strukturlara göndərmişəm. Abutalıbov obyektlərin onlara məxsus olduğunu gizlətmək məqsədilə o məktublara mənə heç nə demədən qol çəkib. Abutalıbov ona və qohumlarına məxsus obyektlərin qeydə alınmasının qarşısını almaq üçün 2008-ci ildə mənə qanunsuz tikiliyə qarşı mübarizə aparmamaq barədə göstəriş verdi. O gündən də bu işlə məşğul olmadım?. Müraciət müəllifi yazır ki, H.Abutalıbov və qohum-əqrəbası onun hər şeydən xəbərdar olmasını istəməyib: ?Bir dəfə Hənifə Ələsgərov küçəsindəki uşaq bağçasının arxasında yerləşən binada eyvan irəli çəkildiyi aşkarlandı. Orada tikinti aparmağı qadağan etdim. O vaxt aparat rəhbəri zəng vurdu ki, Abutalıbov bu tikinti işini aparan evin sahibi olan müstəntiqə BŞİH təsərrüfat şöbəsinin əməkdaşı Əli Qurbanovun həbsini sifariş verib, adam tutulub. Buna görə də müstəntiqə evyanı genişləndirməsinə icazə verib?. A.Məmmədov yazır ki, Abutalıbov BŞİH-i stalinizm üsulları ilə idarə edir, özünü mələk kimi aparır: ?Halbuki Bakı merinin Avropa Konvensiyasından xəbəri yoxdur. Xəbəri olsaydı, iddia ərizəmdə mülkiyyət və şəxsi həyatıma müdaxiləni gülünc saymazdı. Yazırlar ki, aldığım maaş mülkiyyət hesab olunmur. Bu adam bilmir ki, ?şəxsi həyat və mülkiyyət" anlayışları, konvensiyaya görə, daha geniş məna daşıyır və bütün bu incəliklər Azərbaycanda artıq məhkəmə qərarlarında da öz əksini tapmağa başlayıb. Çox acınacaqlı haldır ki, konvensiyaya qoşulmuş bir ölkənin paytaxtının başçısının bundan xəbəri yoxdur". A.Məmmədov müraciətinin sonunda BŞİH nəzarət şöbəsinin müdiri vəzifəsinə bərpa olunmağı haqda qətnamə çıxarılmasını istəyir. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA