Mərkəzi Bank ?Royal Bank?ı rəsmən müflis etdi

img

04-11-2012 [04:28]


Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank bir neçə ay əvvəl lisenziyasını ləğv etdiyi ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətini rəsmən maliyyə sektorundan ?silmək? üçün məhkəməyə müraciət edib. Artıq məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Mia.az-ın əldə etdiyi xəbərə görə, Mərkəzi Bankın qanunauyğun olaraq ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi üçün qaldırdığı iddia üzrə məhkəmə işi ötən həftə Bakı Apellyasiya Məhkəməsində də araşdırılıb: ?Sözügedən məhkəmənin hakimi Valeh Ağayevin sədrliyi ilə işə oktyabrın 30-da baxılıb. Hakim birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, ?Royal Bank?ın rəsmən müflis olduğunu təsdiq edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA