Eldar Mahmudovun oğlunun toyudur

img

03-11-2012 [06:18]


Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun oğlu ilə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin qızı bu gün ailə qurur. Bu gün MTN şefinin oğlu ilə bankirin qızının toyudur. Məlumata görə, E.Mahmudovla C.Hacıyevin köhnə dostluq münasibətləri olub və bu da qohumluq əlaqəsi qurmaqla nəticələnib. Mənbənin xəbərinə görə, toy bahalı şadlıq evlərinin birində keçiriləcək və toy zalına gələnlər yalnız şəxsiyyət vəsiqəsi yoxlanılmaq şərti ilə buraxılacaq. gunxeber.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA