Aksiyada 30-ya yaxın etirazçı saxlanılıb

img

02-11-2012 [01:45]


İctimai Palatanın qərarına əsasən bu gün parlamentin qarşısında piket keçirməyə cəhd edilib. Piketdə Müsavat, AXCP və digər təşkilatların üzvləri iştirak ediblər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, piketdə təkcə qanuna dəyişikliklə bağlı etiraz şüarları yox, eyni zamanda korrupsiyaya rüşvətxorluğa son şüarları da səsləndirilib: ?Piket iştirakçıları polis və mülki şəxslər tərəfindən ciddi təzyiqə məzruz qalıb. 15 nəfər saxlanılıb. Onlardan Müsavat Partiyası rayon təşkilatlarının üzvləri Mustafa Hacıbəyli, Eynulla Balaxanlı, Fərahim Abbasov, Elçin Abdullayevi var. Hazırda həbs olunanların sayını dəqiqləşdirirk. Onlar Yasamal rayon polis idarəsinə aparılıblar. Maraqlı cəhət ondan ibarətdir ki, onların telefonları da əllərindən alınıb. Onlarla əlaqə saxlamaq mümkün deyil?(qafqazinfo). AXCP mərtbuat xidmətindən verilən məlumata görə hazırda polis bölmələrində 20-dən artıq partiya üzvü saxlanılır. Bu saatlara həbs olanların cəbhəçilərin siyahısı Mirqubad Kərimov Renad Nəcəfov Tahir Mirzəliyev İlham Hüsyen Əkrəm Babayev Rüfət Əliyev Elşən Babayev Namiq Sərdarov Eşlən Abbasov Ülvi Quliyev Məmməd İbrahim Təzəxan Mirələmli Yusif Eminsoy Adil Nərimanov Hüseyn Mehdixanov Vüsal Bayramov AXCP sədrinin müavini Gözəl Baramlı, partiyanın ali Məclisinin üzvləri Zəfirə Mədyəddinova, Nüşabə Atakişiyeva, AXCP Yevlax şöbəsinin sədri Şəkrə İskəndərlini də polis parlament önündə saxlasa da onları Post Patrul Xidməti maşınları ilə aparıb kənarda düşürmüşdür. Həsblər Milli Məclis önünə yürüş edərkən baş verib. Avtobusla palmanet önünə qrup çəkilində gedən aksiyaçıları polis 3 dəfə saxlayaraq ?6? saylı marşutudan düşürüb. Hər dəfə onlar növbəti avtobusu minməli olublar. Nəhayət sonuncu düşürmə zamanı (texniki universitetinin önündə) cəbhəçilər parlamentə sarı yürüşə başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA