Bir neçə nəfər ?Space?i tərk edib

img

02-11-2012 [01:22]


?Space? telekanalında bir neçə nəfər işdən çıxıb. 7 il bu kanalda fəaliyyət göstərən "Hər Gün" Xəbərlər departamentinin əməkdaşı Sevinc İsgəndərova da çalışdığı kanaldan ayrılıb. Bu barədə mia-ya açıqlama verən S.İsgəndərova deyib ki, əziyyətinə lazımi qiymət verilmədiyi üçün öz istəyilə kanalı tərk edib: ?Baxmayaraq ki, rəhbərlik mənim orda qalmağımla bağlı çox çalışdı, amma digər kanallardan təkliflər aldığım üçün, həm də dəyərli təkliflər gəldiyindən oranı tərk etdim?. S. İsgəndərovanın bundan sonra harada çalışacağına gəlincə, dedi ki, hələlik təklifləri nəzərdən keçirir. ?Qərarımı bir neçə günə verəcəyəm. Amma bundan sonra da televiziyada fəaliyyətimi davam etdirmək fikirindəyəm?, - deyə S.İsgəndərova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA