Polis parlamenti mühasirəyə alıb; Aksiya bazladı

img

02-11-2012 [12:10]


Bu gün İctimai Palatanın təşkilatçılığı ilə Parlament prospektində saat 12:00-da icazəsiz piket keçiriləcək. Piketin ?Sərbəst toplaşmaq azadlığı? haqqında qanuna cərimələrin tətbiq olunmasına etiraz olaraq keçirilməsi nəzərdə tutulur. Piket iştirakçıları BŞİH-nə bununla bağlı müraciət etmişdilər. Onlara qurumdan ?yox? cavabı verilib. Müsavat Partiyasından verilən xəbərə görə, piket saat 12:00-da başlayacaq: ?Etirazın necə keçəcəyi polisin özünü aparmasından asılı olacaq. Xatırladaq ki, polis bugünkü piket ilə bağlı ciddi xəbərdarlığını açıqlayıb. Belə ki, icazəsiz piketdə iştirak edənlərin amansızcasına cəzalandırılacağı bildirilib. Məlumata görə, artıq parlmentin önü polislər tərəfindən mühasirəyə alınıb. *** İctimai Palatanın təşkilatçılığı ilə Milli Məclisin binası qarşısnda aksiya keçirilib. ?Qafqazinfo? xəbər verir ki, bir qrup müxalifətçi Azadlıq şüarı ilə parlament binasına doğru irəliləməyə b?şlayıb. Lakin dərhal polis müdaxilə edib və aksiyaçıların bir hissəsi saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA