Rövnəq Abdullayev Gürcüstanın yeni hökumətinə tənə vurdu

img

01-11-2012 [08:31]


Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstanın yeni hökumətinin ölkədə enerji tariflərinin aşağı salınmasının vaicbliyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O deyib ki, bu cür açıqlamalar əslində Gürcüstanda yenicə başa çatmış seçki prosesinin bir hissəsidir. ?Onlar eyforiyadadır. Hələ kabinetlərə girəcəklər, sənədlərə baxacaqlar. Sonra əsl açıqlama olacaq?, - deyə, o vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın yeni iqtisadiyyat naziri Georgi Kvirikaşvili bildirmişdi ki, Rusiya və Azərbaycanla energetika sahəsindəki sazişlərə yenidən baxıla bilər. Yeni kabinetin rəsmisi həmçinin deyib ki, 5 il ərzində mənfəət əldə etməyə çalışan investorlar tərəfindən tənzimləmə qurumu vasitəsilə istehlakçıların haqları pozulub. Bundan əvvəl baş nazir Bidzina İvanişvili də qaz tariflərinin aşağı salınacağını açıqlamışdı. Bu ərəfədə isə Gürcüstanda fəaliyyətini daha da genişləndirən Dövlət Neft Şirkəti bu ölkədə qazın pərakəndə satışı ilə məşğul olan ?İtera Georgia? şirkətinin bütün səhmlərini alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA