Ismət Abbasov səriztəsizliklərini etiraf etdi

img

01-11-2012 [01:50]


?İndiyə qədər respublikamıza 5 minə yaxın damazlıq mal-qara gətirilib. Bu mal-qaranın ölkəmizdəki artımından sonra onların sayı 7300-ü keçib. Bundan sonra daha 1200 heyvanın gətirilməsi nəzərdə tutulur?. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Nazir vurğulayıb ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir: ?Etiraf edirəm ki, belə heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub?. İ.Abasovun sözlərinə görə, hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılıb ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir: ?Biz iqtisadi inkişaf nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk. Bu daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA