Sabah hava zəraiti təzadlı olacaq

img

01-11-2012 [01:21]


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 12-16, günün birinci yarısında 20 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə 14-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Noyabrın 02-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 03-ü gün ərzində və 04-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA