YAP-ın tədbirində Tagı Əhmədovla aparat rəhbəri dilləzdi

img

31-10-2012 [05:23]


Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Dövlət Sosial Müdafiə Fondu (DSMF) Mərkəzi Aparat rəhbəri Əjdər Cəbiyevi danlayıb. Olay DSMF-də keçirilən tədbir zamanı baş verib. Belə ki, Tağı Əhmədov YAP-ın Yasamal rayon təşkilatının sədr müavini, Əjdər Cəbiyev isə DSMF-nin aparat rəhbəri və bu qurum üzrə YAP-ın sədridir. Tağı Əhmədov DSMF-də keçirilən tədbir zamanı metropoliten işçiləri olan YAP üzvlərini tərifləyib, Əjdər Cəbiyevi və onun rəhbərliyi altında çalışan YAP-çıları tənqid edib. O deyib ki, DSMF-nin Aparatında 226 nəfər çalışır, amma onlardan cəmi 56 nəfəri bu partiyanın üzvüdür Əjdər Cəbiyev bu ittihamla razılaşmayıb: ?226 nəfər işçimizdən 130 nəfəri YAP-ün üzvüdür. Sadəcə, yalnız 56 nəfər Yasamal rayon təşkilatının qeydiyyatına yazılıb. Qalan üzvlər əvvəlki rayon təşkilatlarında qalıblar?. Tağı Əhmədov deyib ki, digər YAP-çıları da Yasamal rayon təşkilatına keçirmək lazımdır. Əjdər Cəbiyev Tağı Əhmədova cavab qaytarıb: ?Bütün şəhəri Yasamal təşkilatına gətirməyəcəyik ki?? Tağı Əhmədov: ?Mən sənə demirəm ki, bütün şəhəri gətir?. Tədbirdə iştirak edən YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və DSMF sədri Səlim Müslümov mübahisəni yatırıb. Milliyyet.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA