Aqil Abbas közə yazarları ilə deputatın qarzıdurmasına qatıldı

img

31-10-2012 [12:52]


Köşə yazarı Zamin Hacının deputat Fazil Mustafa ilə baglı köşəsində Milli Məclisi hərəmxana adlandırmasına millət vəkili, yazıçı Aqil Abbasdan cavab gəlib. Xatırladaq ki, Zamin Hacı köşəsində mövqeyini bele əsaslandırmışdı: ?Deputatxananı da hərəmxana adlandırmağım onunla bağlıdır ki, orada kimlərsə öz məşuqələrini deputat qoyur. Qeyri-adi bir şey deməmişəm və bu söhbəti də sübut etməyə hazıram?. Mia.az xəbər verir ki, Qaynar.info-ya açıqlamasında Milli Məclisin deputatı, tanınmış publisist Aqil Abbas bildirib ki, parlament haqqında alçaldıcı ifadələr işlətmək jurnalist etikası ilə bir araya sığmır: ?Çox təəssüf edirəm ki, hörmət etdiyim bir jurnalist belə bir fikir səsləndirib. Zamin Hacı parlamenti hərəmxanaya bənzətməklə böyük yanlışlığa yol verib. Bu gün Azərbaycan parlamentində dəyərli ziyalılarımız, elm, mədəniyyət xadimləri, iqtisadçılar təmsil olunurlar. Onların arasında hər kəsin rəğbətini qazanan, öz fəaliyyəti ilə ictimaiyyətin sevimlisinə çevrilən xanımlarımız da var. Zamin Hacı parlamenti hərəmxana adlandırmaqla, həm də həmin xanımların şəxsiyyətini alçaltmağa çalışıb. Qadına qarşı bu cür ifadələrin işlədilməsi isə nə bizim milli mentalitetimizə, nə də müsəlamçılığa yaraşan bir iş deyil. Azərbaycan parlamentində indiyə qədər radikal mövqeyi ilə seçilən müxalifətçilər də təmsil olunublar. Ötən çağırış Milli Məclisdə müxalifətin aparıcı siması Pənah Hüseyn, dəyərli alim Nəsib Nəsibli, tərbiyəli siyasətçi Arzu Səmədbəyli və digərləri təmsil olunurdular. Necə olurdu ki, Zamin Hacı müxalifətçilər parlamentdə təmsil olunduğu vaxtda yox, məhz indi bu cür fikirlər səsləndirir. Bu, ayıb olan bir şeydir. Deputatların da arasında öz səlahiyyətlərindən sui-istifadə edənlərin olması təbiidir və buna görə, bütün parlamenti ittiham etmək olmaz. Kimsə parlamentdə düşmək üçün rüşvət verirsə və onun bu arzusu reallaşmırsa, bu o deməkdir ki, seçicilərin dəstəyini almadan Milli Məclisdə təmsil olunmaq mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA