Fizuli Ələkbərov federasiya prezidenti oldu

img

30-10-2012 [08:29]


Bu gün Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib. Federasiyadan Konfransda 4 illik hesabat dinlənilərək, səs vermə yolu ilə təsdiqlənib. Sonra səs vermə əsasında federasiyanın rəhbər orqanlarına növbəti müddət üçün seçkilər keçirilib və Fizuli Ələkbərov yekdilliklə Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilib. Tədbirdə həmçinin üzvlər tərəfindən Federasiyanın vitse-prezidenti vəzifəsinə Asif Əsgərov, Matvey Yelizarov və Elnur Kələntərov layiq görülüblər. Konfransda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub və İcraiyyə Komitəsinin baş katibi vəzifəsinə Elnur Camalxanov seçilib. Yekunda Azərbaycan Cüdo Federasiyasının yeni strukturu müzakirə edilərək təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA