Milli Məclis Gülər Əhmədovanın yerinə namizəd axtarır

img

30-10-2012 [12:29]


Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərini seçəcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, mandatı ləğv olunmuş Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbərin seçilməsi üçün parlamentin növbəti plenar iclaslarında məsələ qaldırılacaq. Mia.az Trend-ə istinadən xəər verir ki, plenar iclasda, həmçinin Milli Məclisin İntizam komissiyası katibi vəzifəsinə də yeni təyinat baş tutacaq. Qeyd edək ki, deputat Siyavuş Novruzovun sədrlik etdiyi İntizam komissiyasında katib eks-deputat Gülər Əhmədova idi. Azərbaycan Mərkəzi Seçki Komissiyası oktyabrın 3-də Xətai II seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətinə dair qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA