Barak Obama ilham Əliyevi təbrik etdi

img

29-10-2012 [11:24]


Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli cənab Prezident, Mən mübarək Qurban bayramı münasibətilə dünya müsəlmanlarına ən xoş arzularımı çatdırır və Həcc ziyarətini həyata keçirməklə ömürlük amallarına çatmış insanları təbrik edirəm. Ötən illərdə olduğu kimi, minlərlə amerikalı müsəlman bu il də Məkkəyə dua və ibadət üçün toplaşmış üç milyon zəvvarın sırasındadırlar. Müsəlmanlar Qurban bayramını ailələri və dostları ilə qeyd edərkən, eyni zamanda, ehtiyacı olanlara qurban payı verir və beləliklə dini icmaların imkansızlara əl tutmaq işində oynadıqları vacib rolu vurğulayırlar. Bütün dünyada müsəlman icmaları humanitar fəlakətlərə uğramış, aclıq, xəstəlik və münaqişədən əziyyət çəkən insanlara kömək etmək işində digər dini etiqadların nümayəndələri ilə birlikdə olmuşlar. Qurban bayramı və Həcc ziyarəti İbrahim peyğəmbər inamı ilə ümumi köklərin xatırlanması işinə xidmət edərək bütün əsas dinlərin ortaq dəyərlərə malik olmasını, o cümlədən yardıma ən çox ehtiyacı olanlara kömək göstərilməsinin vacibliyini vurğulayır. Amerika xalqı adından mən Sizi və xalqınızı bu əziz və müqəddəs bayram münasibətilə təbrik edirəm. Bayramınız mübarək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA