Mirmahmud Mirəlioğlu cinayət izi üzrə prokurorluğa çağırılıb

img

29-10-2012 [04:40]


Oktyabrın 29-da saat 14:00-da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ifadə vermək üçün Bakı şəhər Prokurorluğuna çağırılıb. Bu haqda "Azadlıq" radiosuna Mirmahmud Mirəlioğlu məlumat verib. KXCP sədrini istintaqa Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vaqif Süleymanov dəvət edib. Amma M.Mirəlioğlunun hansı iş üzrə ifadə verəcəyi bəlli deyil: ?Müstəntiqin göndərdiyi çağırışda sadəcə ?icraatımda olan cinayət işi üzrə ifadəsi? yazılıb. Cinayət işinin nömrəsi və cinayətin hansı maddələrlə qaldırılması göstərilməyib?. M.Mirəlioğlu deyir ki, bir ay müddətində telefonla bir neçə dəfə zəng edib onu prokurorluğa çağırıblar: ?Mən imtina etmişəm. Demişəm ki, çağırış vərəqəsi göndərin, onun əsasında hərəkət edim. Bu gün çağırış göndəriblər, mən də gəlmişəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA