?Akkord? Qurban bayramında ehtiyacı olan ailələri ziyarət etdi

img

29-10-2012 [02:58]


?Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası? ASC-nin rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə geniş xeyriyyə tədbiri keçirilib. Korporasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Afaq Quliyevanın verdiyi məlumata görə, tədbir çərçivəsində ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı uşaq internat evində yaşayan uşaqlar ziyarət edilib. Korporasiya nümayəndələri buradakı 140 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar, həmçinin əlil ailələri üçün gətirdikləri bayram sovqatıni, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigiyena vasitələrini onlara təqdim ediblər. Müxtəlif əlamətdar günlərdə müəssisəni mütəmadi surətdə ziyarət edən ?Akkord? nümayəndələrini burada böyük sevinclə qarşılayıblar. İnternat evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə, Korporasiya rəhbərliyinə və nümayəndələrinə təşəkkür edib. Sonra Korporasiya nümayəndələri ənənələrinə sadiq qalaraq Qızılqum qəsəbəsində yerləşən Xoçalı, Şuşa, Kəlbəcər və Ağdam qaçqınlarının məskunlaşdığı sanatoriyada olublar. Orada məşkunlaşan ailələrə bayram sovqatları paylayıblar. Daha sonra Korporasiyaya yardım üçün müraciət edən 4 nəfər ayrı-ayrı şəxsə bayram sovqatı və 400 AZN, həmçinin ?Akkord? Korporasiyasının Bakı, Abşeron yarımadası və regionlarda yerləşən bütün müəssisələrinin əməkdaşlarına bayram sovqatı verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA