Bu gecə saatlarınızı geri çəkməyi unutmayın

img

27-10-2012 [10:39]


Bu gecə dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycan da qış vaxtına keçir. Oktyabrın 28-nə keçən gecə səhər saat 5:00-da saatların əqrəbləri bir saat geri çəkiləcək. Saatların dəyişməsi günün işıqlı hissəsindən səmərəli istifadə ilə əsaslandırılır. Belə hesab olunur ki, bu zaman işıqlandırma və isitmə sistemlərindən az istifadə edilir, bu da enerjiyə qənaət deməkdir. İqtisadçı ekspert Oqtay Haqverdiyevin fikrincə isə, vaxt dəyişkənliyinin iqtisadi faydası yoxdur. Psixoloqlar da saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyi qənaətindədirlər. Sosioloq Dəyanət Rzayevin fkrincə, mövsümü vaxt dəyişkənliyi dövlətlərarası münasibətlərə də mənfi təsir edir. Hazırda dünyanın 76 ölkəsində yay və qış vaxtı tətbiq olunur. Gürcüstan, Rusiya, İran, Çin, Yaponiya, Cənubi Koreya kimi bir sıra ölkələr isə bu aksiyadan artıq imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA