ARDNŞ ivanizvilinin ittihamı ilə baglı açıqlama verdi

img

26-10-2012 [09:28]


Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili ölkədə elektrik enerjisi və qaz tariflərinin aşağı salınacağına söz verib. Gürcüstan mətbuatının məlumatına görə, Gürcüstan parlamentində çıxışı zamanı İvanişvili deyib ki, onun komandası tarif siyasətinə yenidən baxmaq üzərində işləyir. ?Artıq bilirik ki, Gürcüstan Azərbaycandan nə qədər havayı qaz alır. Kommersiya qiymətləri ilə hansı miqdarda qaz aldığı da məlumdur. Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik?, -deyə o bildirib. Dövlət Neft Şirkətindən ANS-ə verilən məlumata görə, Gürcüstan Azərbaycanın strateji və əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır: ?SOCAR bu ölkədə fəaliyyətini təmamilə şəffaf və dürüst şəkildə quran və investisiya qoyan ən iri şirkətlərdən biridir. Tariflərin süni şəkildə artırılmasına gəldikdə isə bu iddialar tamamilə əsassızdır. Tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun qurulur. Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA