iP Milli Məclisin önündə aksiya keçirəcək

img

26-10-2012 [06:26]


Oktyabrın 26-da İctimai Palatanın Koordinasiya Şurası növbədənkənar toplantı keçirib. Toplantıda noyabrın 2- də Milli Məclisdə kütləvi aksiyalarla bağlı cəza tədbirlərinin sərtləşdirilməsi istiqamətində qanunun qəbul ediləcəyi müzakirə olunub. Sonda isə həmin tarixdə saat 12-də Milli Məclisin qarşısında İctimai Palata üzvlərinin piketi təyin olunub. Bu məsələ ilə bağlı İP KŞ bəyanat da qəbul edib. Bəyanatda deyilir: "Noyabrın 2- də Milli Məclisdə kütləvi aksiyalarla bağlı cəza tədbirlərinin sərtləşdirilməsi istiqamətində qanun qəbul ediləcəyi məlum olmuşdur. Beləliklə, İlham Əliyev 2013- cü il prezident seçkisi ilində Azərbaycanda ifadə azadlığına, o cümlədən sərbəst toplaşma azadlığına məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ictimaiyyətin və beynəlxalq təşkilatların islahat çağrışlarına aksiyalarda iştiraka görə cərimələrin 30- 50 dəfə artırılması ilə cavab verir. İP xatırladır ki, hazırda Bakı şəhərində kütləvi aksiya keçirilməsi üçün yalnız bir yer ayrılmışdır və həmin yer də şəhərin kənarında və insanların toplana bilməsi üçün olduqca əlverişsiz bir ünvanda yerləşir. Aksiya keçirilməsi üçün bütün müraciətlərə həmin ünvan göstərilir. Təcrübə göstərir ki, ölkənin birinci vəzifəli şəxsinin timsalında aşağılayıcı ifadələrlə təqdim edilən həmin yerdə aksiya keçirilməsinə razılaşdıqda belə o, istiqamətdəki bütün nəqliyyat vasitələrinin hərəkətinin ləğvi, aksiyaya gedən şəxslər əleyhinə polis və təhlükəsizlik əməkdaşları tərəfindən təxribatlar edilməsi, həbslər aparılması təşkil olunur. Kütləvi aksiyaların yürüş, nümayiş və piket formalarının keçirilməsi haqqında müraciətlərə isə ümumiyyətlə istisnasız olaraq rədd cavabı verilir. Bu isə Azərbaycanda Konstitusiyanın müvafiq maddəsinin və ?Sərbəst toplaşma haqqında? qanunun qüvvəsinin de - fakto dayandırılması və vətəndaşların sərbəst toplaşma azadlıqlarının aradan qaldırılması deməkdir. Belə bir şəraitdə Konstitusiya və ?Sərbəst toplaşma haqqında qanuna zidd olaraq digər qanunvericilik aktlarında ?razılaşdırılmamış aksiyalar? anlayışının tətbiqi və razılaşdırılmamış aksiyalarda iştiraka görə pul cəzasının Azərbaycan vətəndaşlarının gəlir səviyyəsinə açıq aşkar uyğun olmayan məbləğdə və belə hallar üçün mövcud bütün standartlar pozularaq artırılması da bu məqsədə xidmət edir. İP birmənalı şəkildə hesab edir ki, sərbəst toplaşma azadlığı əleyhinə yönəldilmiş bu mürtəce addım rejimin ona qarşı cəmiyyətdə toplanmış narazılığın fərqində olmasının, demokratikləşmə naminə, korrupsiyaya, sosial ədalətsizliyə, haqsızlığa qarşı İctimai Palatanın 2011- 2012- ci illərdə həyata keçirdiyi kütləvi aksiyaların artan təsirini qəbul etməsinin, bu tendensiyadan qorxmasının və təşvişinin göstəricisidir. Eyni zamanda, dövrün çağrışlarına hüquq və azadlıqların genişləndirilməsi, vətəndaş cəmiyyəti və müxalifətlə islahatlar naminə əməkdaşlıq əvəzinə siyasi repressiya kursunun seçilməsi mövcud rejimin tərəqqiyə, modernləşməyə qabil olmadığını nümayiş etdirir və Azərbaycanda dinc, demokratik dəyişikliklərin mümkünlüyünə inamı sarsıdır. İP Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsini pisləyir və nə qədər geç deyildir bu rüsvayçılığa və ağılsızlığa son qoymağa çağırır. Repressiya və çəza tədbirləri xalqın azadlıq uğrunda mübarizədən cəkindirə bilməyəcəkdir. Mübarizə daha ciddi və daha qəti şəkildə davam etdiriləcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA