DiN Bakıda dəhzətli zəncirvari qəza ilə bağlı rəsmi məlumat yaydı

img

25-10-2012 [10:03]


Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda iki nəfərin ölümü, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabrın 24-də saat 22.10 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Ağdam rayon sakini Mübariz Şirinovun idarə etdiyi "Mercedes" markalı avtobusla Qəbələ rayon sakini Elşən Seyidovun idarə etdiyi "Ford" markalı, Bakı şəhər sakinləri Nizami Abbasovun idarə etdiyi "Opel" markalı, Rəfayel Kərimovun idarə etdiyi "Mercedes" markalı, Qəşəm Rzayevin idarə etdiyi "Tofaş" markalı, Nurəddin Əmrullayevin idarə etdiyi "VAZ-21010" markalı, Ağsu rayon sakini Xəlil Qasımovun idarə etdiyi "QAZel" markalı və PAZ markalı avtomaşınlar toqquşub. Toqquşmanın təsirindən "Mercedes" markalı avtobusda, "Mercedes" markalı avtomobildə, "QAZel" və "PAZ" markalı avtomaşınlarda yanğın baş verib. Nəticədə qeyd edilən avtomaşınların yanar konstruksiyaları yanıb, M. Şirinov və hadisə yerində olan Tovuz rayon sakini Hafiz Şirinov ölüb, xəsarət almış X. Qasımov, E. Seyidov və sərnişinlərdən Bakı şəhər sakinləri Tahir Yusubov, Əli Lətifov, Murad İsmayılov, Cəlilabad rayon sakini Mircəmil Məmmədov, Gəncə şəhər sakini Rəis Abbasov, Şahbuz rayon sakini Qulu Quliyev, Sumqayıt şəhər sakini Məhəmməd Hüseynov xəstəxanaya yerləşdiriliblər. Onlardan Q. Quliyevin və R. Abbasovun vəziyyətləri qənaətbəxşdir, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA