Ilham Əliyev Bakı kəndlərinə 5 milyon ayırdı

img

24-10-2012 [09:53]


Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mia.az Prezidentin rəsmi saytına (President.az) istinadən xəbər verir ki, sərəncamda iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat ? Maştağa ? Buzovna və Zabrat ? Kürdəxanı ? Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA