YAP-dan Eldar Həsənovla Elzad Abdullayevin gizli izbirliyi iddiasına reaksiya; Səfir danızdı

img

24-10-2012 [12:32]


?Elşad Abdullayevin yenə hansısa açıqlaması olacaqsa, onunla müvafiq qurumlar məşğul olacaq. Abdullayevin açıqlamaları önəmli sayılmır, sayıla da bilməz. Əgər açıqlama olacaqsa, hüquq mühafizə orqanları bununla məşğul olacaq. Elşadın adı altında bu və ya digər videomateriallarla kimlərsə siyasi şou yaratmağa çalışır?. Mia.az xəbər verir ki, bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. M.Qurbanlı hesab edir ki, Abdullayev əlindəki videoları, artıq yayıb: ?Bundan artıq yaymaq iqtidarında deyil. Əgər hər hansı bir material varsa, bu, sadəcə dedi-qodu yaradacaq, məişət səviyyəli hadisələrlə özünü təsdiqləyəcək. Hakimiyyət Azərbaycan xalqına arxalanır. Prezident İlham Əliyevin siyasətini də xalq dəstəkləyir. Ona görə də hər hansı baş verən hadisədən geri çəkilmərik?. YAP funksioneri onu da qeyd edib ki, Elşad Abdullayevlə bağlı məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür. *** Musavat.com Eldar Həsənovla əlaqə saxlayıb. Səfir bildirib ki, o iddia o qədər gülünc və əsassızdır ona cavab verməyə vaxt ayırmaq istəmir: ?Bilirsiniz ki, mən istər iqtidar, istər müxalifət qəzeti olsun, səviyyəsinə hörmətim olan qəzetin və müxbirin suallarından heç vaxt qaçmamışam, onu cavabsız qoymamışam. Amma indi siz Eynulla Fətullayevin gülünc bir fikri barədə mənə sual verirsiniz. O cür gülünc bir məsələyə nə cavab verəsən? Yazıqdır mənim buna itirdiyim vaxtım. Səninlə bir qələm sahibi kimi saatlarla söhbət edim. Amma konkret bu məsələ gülünc və uydurma olduğu üçün ona cavab verməyə vaxt ayırmaq istəmirəm. Mən Eynullanı tanıyıram, zaman-zaman mənim əleyhimə uydurma yazılar yazıb. Mən təəssüf edirəm ki, bəzi qələm sahibləri iftiralardan yorulmayıblar. Amma o biri insanı (Elşad Abdullayevi nəzərdə tutur) həyatımda bircə dəfə hansısa tədbirlərin birində görmüşəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA