Səfirə qarzı ağır ittiham: Eldar Həsənov Elzad Abdullayevin qalmaqallı video-faktları ilə əllaqələndirilir

img

23-10-2012 [08:01]


?Vurulmuş? rektor Elşad Abdullayev artıq bir neçə həftədir ki, Azərbaycan ictimai fikrini öz videokadrları ilə silkələyir. Onun yaydığı videolar geniş ictimai rezonansa səbəb olub. Analitiklərin, şərhçilərin və siyasi müşahidəçilərin mütləq əksəriyyəti əminliklə deyir ki, uzun illər susmuş Abdullayevin doğma qardaşının yoxa çıxmasından az qala 10 il sonra danışması, özü də ən qarmaqarışıq kriminal hadisələri üzə çıxarması səbəbsiz deyil. Təhlilçilərin yekdil qənaətinə görə, burada siyasi oyun elementləri var. Özü də bu oyunun başlamasının seçkiqabağı dövrə təsadüf etməsi təsadüfi deyil. Belə ki, E.Abdullayevin növbəti zərbələri Azərbaycan siyasi səhnəsinin əsas oyunçularına dəyəcək. ?Abdullayev işi? ətrafında bu il ərzində hərtərəfli jurnalist təhqiqatı aparmış hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev (yeri gəlmişkən, o, E.Abdullayevlə ilk dəfə hələ 2011-ci ilin yayında Strasburqda görüşüb) oktyabrın 23-də sensasion fikirlərlə çıxış edib. Fətullayevin qənaətinə görə, E.Abdullayevin videokompromatları çox diqqətlə, incəliklə işlənib hazırlanmış və siyasi səhnədəki qüvvələr nisbətini dəyişməyi qarşısına məqsəd qoymuş çoxgedişli siyasi kombinasiyanın hələ yalnız birinci hissəsidir. Jurnalistə gəlib çatan informasiyaya görə, bu kombinasiyanın arxasında da hazırda Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri olan sabiq baş prokuror Eldar Həsənov dayanır. ?Vəkil Adil İsmayılovun Elşad Abdullayevlə eyni cəbhədə, yan-yana peyda olması təsadüfi deyil. Mən Adil İsmayılovun fəaliyyətinə və mövqeyinə hələ Hacı Məmmədovun işi üzrə səs-küylü prosesdən yaxşı bələdəm. O, çox praqmatik, sərt, inadkar və qətiyyətli vəkildir və onu dolaşıq, müəmmalı avantüralara cəlb etmək mümkün deyil. Eldar Həsənov və sabiq baş prokurorun ölkəyə qayıdışını istəyən və dəstəkləyən qruplaşma ölkənin elitasında qüvvələr nisbətinin dəyişməsində həddən artıq çox maraqlıdır. Buna görə də indiki video kampaniya 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyəti dəyişməyə hesablanıb. Məncə, ən istedadlı və amansız siyasi oyunçulardan biri taleyüklü seçkilər ərəfəsində öz oyununu oynamağa başlayır. Bu isə qarşıdakı seçkilərin ən əsas sürprizi olacaq? - deyə E.Fətullayev bildirib. Bundan başqa, nəzərə alaq ki, E.Abdullayev öz bəyanat və açıqlamalarında prezidentin şəxsiyyəti məsələsindən yan keçir. Bu isə kölgədəki qruplaşmanın ehtiyatlı davrandığını göstərir və başlıca iddiaçının strateji məqsədlərinə aydınlıq gətirir. Məqsəd isə budur: rəqib qruplaşmaların timsalındakı bütün əngəlləri aradan qaldırmaq və prezident postuna can atan əsas iddiaçının yolunu açmaq. E.Abdullayevin danışdıqları arasında çoxlu qarışıq-dolaşıq, məntiqsiz şeylərin olması isə vahid məqsədə xidmət edir: baş prokurorun qayıdışına mane olan şəxslər və qruplaşmalar qoy informasiya seli və bu cür dolaşıq kələfin altında qalsın, itib-batsın. E.Fətullayev əmindir ki, E.Abdullayevin yeni sürprizləri hakimiyyətə əsas iddiaçının ölkəyə qayıtmasına yol açacaq... Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA