MN Ermənistan ordusunun Qarabağda keçirdiyi hərbi təlimlərə münasibət bildirib

img

23-10-2012 [02:22]


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlərə və bu təlimdə Ermənistanın Prezidenti Serj Sarkisyanın iştirakına münasibət bildirib. Buna görə narahatlığa əsas olmadığını deyən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, vaxt gələcək onların ayağı Qarabağ torpağına dəyməyəcək. Ermənistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Serj Sarkisyanı işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı müdafiə naziri Seyran Ohanyan, yüksək rütbəli hərbçilər müşayiət ediblər. Sarkisyan qoşunların təmas xəttindəki mövqelərə baş çəkib, qondarma "Dağlıq Qarabağ ordusu"nun hərbi hazırlığı ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA