General Qurban bayramında da izləmək əmri verdi

img

23-10-2012 [10:34]


Azərbaycanda Qurban bayramı günlərində xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışı davam etdiriləcək. Mia.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, xarici ölkə istehsalı olan avtomobillərin texniki baxışı oktyabrın 31-də başa çatır: "Ayın son günləri bayram günlərinə düşdüyündən sıxlıq yaranmasın deyə avtomobillərin texniki baxışının bayram günlərində davam etdirilməsi qərara alınıb". Qeyd edək ki, xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün texniki baxış müddəti sentyabrın 1-dən oktyabrın 31-dəkdir. Oktyabrın 25 və 26-sı Qurban bayramı ilə bağlı qeyri-iş günləri elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA