"Yagmur" əməliyyatı: General 1 saylı türmənin rəisini işdən qovdu

img

22-10-2012 [09:07]


Oktyabrın 18-də Daxili İşlər Nazirliyinin el arasında �Bandotdel� kimi məşhur olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Qaraçuxur qəsəbəsində yerləşən �Yağmur� restoranında keçirdiyi əməliyyatın əks-sədası davam edir. 

Bu əməliyyat Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də ciddi silkələnməyə səbəb olub. 

Xatırladaq ki, həmin gün �Yağmur� restoranında əsas versiyaya görə, kriminal aləmdə tanınmış avtoritet �Yeraz Nəriman�ın həbsxanadan buraxılması şərəfinə mərasim təşkil olunub. Amma əslində kriminal aləmin 300-ə qədər tanınmış nümayəndəsinin toplantısının başqa məqsədi olub. Belə ki, bu yaxınlarda Rusiyanın �cinayət aləmi�nin ən tanınmış isimləri arasında �sxodka� (�oğru toplantısı�) keçirilib və orada məşhur azərbaycanlı �qanuni oğru� Rövşən Canıyevin (�Rövşən Lənkəranski� ləqəbiylə tanınır) oğru adının əlindən alınması ilə bağlı qərar verilib. Artıq tam dəqiqləşdirdiyimiz məlumata görə, �Yağmur� restoranında keçirilən tədbir də əslində bu qərarın elan olunması və gələcəkdə atılacaq addımların müəyyənləşdirilməsi məqsədiylə təşkil olunmuş mərasimiymiş. Sadəcə, diqqət çəkməsin deyə, mərasim həbsxanadan yenicə çıxmış Nəriman adlı şəxsin qarşılanması tədbiri kimi qələmə verilirmiş. Gözlənilirmiş ki, həmin mərasimdə �kriminal aləm�in Azərbaycana necə ayaq açmasının yolları müzakirə olunacaq, nüfuz dairələri və həmin nüfuz dairələrinə baxacaq �avtoritetlər� müəyyənləşdiriləcək. Lakin məlum olduğu kimi, �Bandotdel�in xüsusi təyinatlıları �Yağmur�da əməliyyat keçirərək 100-dən artıq şəxsi həbs ediblər. Bu əməliyyat Azərbaycanın kriminal aləminə böyük zərbə olub. Yuxarıda qeyd etdiyimiz kimi, zərbə alan tərəflərdən biri də Penitensiar Xidmətin rəhbərliyi olub. Mia.az azpolitika.info-ya istinadən xəbər verir ki, adıçəkilən Nəriman məhkəmə qərarı ilə həbsxanadan vaxtından əvvəl buraxılıb. Məhkəmə isə bu qərarı verərkən onun cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəsissəsinin rəisinin təqdim etdiyi �müsbət mülahizələri� əsas götürüb. Bir qayda olaraq belə sənədlərdə məhkumun nümunəvi davrandığı, islah olunduğu və kriminal aləmlə əlaqəsinin olmadığı qeyd edilir. Amma Nərimanın azadlıqda olduğu elə ilk gündə elə böyük skandal qopdu ki... Bunun cəzası 1 saylı Cəzaçəkmə Müəsissəsinin məşhur rəisi Qəhrəman Qurbanova kəsilib. Belə ki, bu gün Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə o, vəzifəsindən azad olunub. Başqa bir əmrlə 11 saylı CM-nin rəisi Fikrət Qafarov 1 saylı CM-nə rəis təyin olunub. Qeyd edək ki, 1 saylı CM-si �Qara zon� hesab olunur. Bura Azərbaycanda �oğru qanunları� ilə idarə olunan azsaylı həbsxanalardandı. Kriminal aləmin bir çox avtoritetləri - �Masallı Mamed�, �Yasamal Yunis�, �Avto� ləqəbli gürcü �oğru�, �Nuruş� və digərləri vaxtilə məhz bu CM-də cəza çəkiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA