Elzad Abdullayev Ramil Usubovu hərəkətə gətirdi

img

22-10-2012 [10:54]


ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntüdə adı keçən polis əməkdaşı bir neçə il əvvəl işdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Mia.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib. Xidmət rəhbəri bildirib ki, onunla bərabər, məxfi idarənin bir neçə əməkdaşı da eyni əməllərə görə daxili işlər orqanlarından qovulub. Gözəlov bildirib ki, videogörüntüdəki polis əməkdaşı məxfi idarədə çalışdığı üçün onun adı açıqlanmır. Mia.az isə qovulan polisin Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin əməkdaşı Rövşən Abbasquliyevin olduğu haqda informasiya əldə edib. Xatırladaq ki, sosial şəbəkələrin birində Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin video görüntüdə DİN-in əməkdaşı Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA