Elzad Abdullayev nazir Ramil Usubovu fakt qarzısında qoydu

img

21-10-2012 [02:03]


Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev daxili işlər naziri Ramil Usubovu fakt qarşısında qoyan videonu yaydı. Mia.az xəbər verir ki, general Ramil Usubovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin ciddi qurumlarından hesab olunan 7-ci idarəsinin əməkdaşı ilə məxfi söhbətini gizli lentə alan Elşad Abdullayev bu video-faktda həm həmin idarəyə əslində, rüşvətlə necə işçi götürülməsindən tutmuş, qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı ciddi məqamlara, həmçinin, 2003-ci ildəki prezident seçkilərində Mahir Abdullayevin guya müxalifəti dəstəkləyən əməllərinə qədər bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. 13 dəqiqə 30 saniyəlik videoda DİN-in əməkdaşı Elşad Abdullayevin bacısı oğlu Arazı idarəyə işə götürmək üçün rəisləri ilə aralarında olan söhbəti nəql edərək bildirib ki, bunun üçün idarə rəislərinə ağız açıb: ?Mən rəisə dedim ki, mənə yaxın olan adamdır, həm də Elşad müəllimin bacısı oğludur. Rəis dedi ki, özəl ali məktəbləri bitirənlərin işə götürülməsi bir az çətindir. Dövlət məktəblərini bitirənlər 15 min, özəlləri qurtaranlar isə 20 min verməlidir. Pis çıxmasın, mənim rəisin yanında xüsusi hörmətim var. Araza dedim ki, gətir pulu, aparıb tullayaq qabağına. Hətta Araza dedim ki, sənin Elşad müəllim kimi dayın var, ona de. Bir kəlmə ilə məsələni həll etsin. Amma o, dedi ki, dayım polis sistemində işləməyimi istəmir?. Daha sonra Mahir Abdullayevin oğurlanması faktına toxunan DİN-nin əməkdaşı onun 2003-cü ilin oktyabrın 13-də o zaman prezidentliyə namizəd olan İlham Əliyevin seçicilərlə görüşündə müxalifəti dəstəkləyən təxribatları haqqına yayılanlara da aydınlıq gətirib. Elşad Abdullayev ona bir neçə foto göstərərək, bunun həqiqət olmadığını deyib. DİN-nin əməkdaşı bununla razılaşaraq deyib ki, qardaşı Mahirin oğurlanması DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işidir: ?Açığı, Mahiri üzdən tanımıram. Bilirəm ki, qardaşınızdır. Professordur. Sizin yanınızda işləyir. Amma bilirsiniz, azdan-çoxdan ?Banditizm?in işinə bələdəm. Onlar birdə görürsən ki, kimisə ?hopustop? elədilər. Bundan 3-4 gün sonra həmin adamdan xəbər tutmaq olur, ya olmur. Eşitdiymə görə, Mahiri də onlar götürüb?. Bu yerdə E.Abdullayev ondan bu xəbəri haradan eşitdiyini soruşur. DİN əməkdaşı isə ?bizim öz idarəmizdə belə danışırdılar? cavabını verir? Ümumiyyətlə, video-faktda bu istiqamətdə çox maraqlı söhbətlər aparılıb. Hansı ki, bu söhbətlər dolayısı ilə nazir Ramil Usubovun özünə qarşı yönəlib. Nazirliyin əməkdaşı faktiki iç məsələlərini dilə gətirməklə naziri pis vəziyyətdə qoyub. Əslində, normal ölkələrdə belə fakta görə nazir dərhal istefaya getməlidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Elşad Abdullayev bu video-faktı hazırda mühacir həyatı yaşayan blogger Həbib Müntəzirin vasitəsi ilə "Youtube.com?da yayıb. Video-fakt gecə saatlarında yayıldığından məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA