isa Qəmbərin oğluna 7 sutka həbs

img

20-10-2012 [07:17]


İctimai Palataya daxil olan siyasi partiyaların gənc fəallarının təşəbbüsü ilə bu gün keçirilən etiraz aksiyasında Müsavat Partiyasınn başqanı İsa Qəmbərin oğlu, gənc fəal Turqut Qəmbər də saxlanılıb. Onunla bərabər saxlanılanlar arasında Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqiblu və gənc fəal Elçin Cərulla da olub. Onları Səbayel RPİ-nin 39-cu bölməsinə aparıblar. Qeyd edək ki, bu, Turqut Qəmbərin və N.Yaqublunun polis tərəfindən ilk saxlanmaları deyil. Bundan əvvəlki aksiyalarda da onları bir neçə dəfə həbs ediblər. Bu gün keçirilən etiraz aksiyası zamanı saxlanılan ?NİDA? Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər Səbail Rayon Məhkəməsinin qərarı ilə 7 sutka müddətinə azadlıqdan məhrum edilib. Aksiya zamanı saxlanılan digər ?Nida? VH-nın üzvləri Xətayi Qafarlı və Ümid Xəzər xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA