Aksiya bazladı, xeyli gənc və müxalifət nümayəndəsi həbs olundu(yenilənib)

img

20-10-2012 [03:11]


Bir qədər əvvəl gənc fəallar Müsavat Partiyasından ?İstefa?, ?Parlament buraxılsın? şüarları ilə çıxaraq yürüş etmək istəyiblər. Amma az sonra onlar saxlanıb və aksiya dağıdılıb. Azadlıq Radiosunun əməkdaşı xəbər verir ki, saxlananların sayı 30-40 nəfərə yaxındır. Onlar 2 mikroavtobusa, bir böyük avtobusa doldurulublar. Saxlananlar arasında Müsavat Məclisinin sədri Arzu Səmədbəyli, başqanın müavini Gülağa Aslanlı, İctimai Palatanın üzvü Mustafa Hacıbəyli, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, eləcə də bu qurumun üzvləri olan Əhəd Məmmədli, Rüfət Əhədzadə də var. AXCP-nin sədr müavinləri Gözəl Bayramlı və Asəf Quliyev saxlanıb. Məlumatı AzadlıqRadiosuna AXCP-dən veriblər. Saxlananlardan üçü isə partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Qadınlar Təşkilatının üzvləri Kəmalə Bənənyarlı və Nüşabə Atakişiyevadır. Məlumatda deyilir ki, partiyadan saxlananların sayı 30 nəfərə yaxındır. AzadlıqRadiosunun əməkdaşı Maarif Çingizoğlu xəbər verir ki, bir qrup gənc ?McDonlads?ın qarşısından ?İstefa?, ?Parlament istefa versin? şüarları səsləndirərək yürüş ediblər. Amma polis onları dağıdıb. ?Polis Kəmalə Bənənyarlını sürüyə-sürüyə apardı. Bundan başqa, uşaqlı bir qadın ?İstefa, belə parlament lazım deyil? şüarları səsləndirərkən saxlanıb. Amma az sonra buraxılıb. Aksiya iştirakçıları ara-sıra ?İstefa? şüarları səsləndirməklə etirazlarını bildirirlər. Müxbirimiz xəbər verir ki, ərazidə gərginlik davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA