isa Qəmbərin müavinləri tutuldu

img

20-10-2012 [02:54]


Bir qədər əvvəl gənc fəallar Müsavat Partiyasından ?İstefa?, ?Parlament buraxılsın? şüarları ilə çıxaraq yürüş etmək istəyiblər. Amma az sonra onlar saxlanıb və aksiya dağıdılıb. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, saxlananların sayı 30-40 nəfərə yaxındır. Onlar 2 mikroavtobusa, bir böyük avtobusa doldurulublar. Saxlananlar arasında İctimai Palatanın üzvü Mustafa Hacıbəyli, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, eləcə də bu qurumun üzvləri olan Əhəd Məmmədli, Rüfət Əhədzadə də var. Həbs olunanların arasında Müsavat Məclisinin sədri Arzu Səmədbəyli və Müsavat başqanının müavini Gülağa Aslanlı da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA