Baz Prokurorluqdan həbsdə olan bankirə daha bir zərbə

img

19-10-2012 [05:41]


Az öncə adı dəyişdirilən ?Texnikabank? ASC-nin sabiq rəhbəri, hazırda həbsdə olan Etibar Əliyevə bağlı olan "KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar üzrə cinayət işşi açılıb. Baş Prokurorluqdan verilən məlumata görə, filialın sabiq müdiri Nəsimi Əliyev və bəzi əməkdaşları 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilib: ?"KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb?. mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA