Səhiyyə Nazirliyi orta məktəbdəki hadisə ilə bağlı rəsmi məlumat yayıb

img

19-10-2012 [04:05]


Səhiyyə Nazirliyi Bakıdakı 109 saylı məktəbdə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb. Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA