DiN: ?Fəvvarələr Meydanında aksiyaya imkan verilməyəcək?

img

19-10-2012 [02:30]


Daxili İşlər Nazirliyi oktyabrın 20-də gənc fəalların və ictimaiyyət nümayəndələrinin Fəvvarələr Meydanında aksiya keçirməsinə imkan verməyəcək. Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. ?Əgər aksiya Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə, 20-ci yaşayış massivindəki Sürücülük məktəbinin həyətində keçirilərsə, polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Ancaq aksiya təşkilatçıları icra hakimiyyətinin təklif etdiyi yerdən imtina edib, israr edərək şəhərin mərkəzindəki Fəvvarələr Meydanında yürüş etmək istəsələr bu qanunsuz hərəkət sayılacaq. Qanunsuz hərəkətlərin də qarşısı polis tərəfindən alınacaq?. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı belə dedi. Onun sözlərinə görə, Azərbaycan qanunlarına uyğun olaraq Daxili İşlər Nazirliyinin siyasətə qarışmaq haqqı yoxdur. ?Biz Konstitusiyaya uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə yer üçün müraciət etmişik. Bu qurum da qanuna söykənməyən cavab verib, bizə istədiyimiz yerdə mitinq keçirmək müraciətimizə rədd cavabı verib. Nazirliyin indidən belə bəyanatla çıxışı qanunların işləməməsinin növbəti sübutudur?. Gənc fəallar və ictimaiyyət nümayəndələri oktyabrın 20-də Fəvvarələr Meydanında etiraz aksiyası keçirəcəyini bəyan edib. Onlar parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA