Bakıda orta məktəbdə partlayız, yaralılar var (YENiLƏNiB-2)

img

19-10-2012 [01:06]


Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbində baş verən partlayışda xəsarət alanların müəyyənləşib. Məktəbdə baş vrən hadisə ilə əlaqədar 2 şagird yüngülcə xəsarət alıb. Bu barədə hadisə yerində olan Nizami rayon Polis İdarəsinin rəis müavini Nazim Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Nazim Əliyevin sözlərinə görə, hadisə deyildiyi kimi məktəbin sinif otağında deyil, dəhlizində baş verib. ?Qorxulu heç nə yoxdur. Guya deyiblər ki, qaz sızması olub, yalan sözdür. Məktəbin heç qaz sistemi yoxdur. Sadəcə uşaqlardan kimsə məktəbə qaz balonu, yaxud da, ona bənzər nəsə gətirib. Hadisə də bu səbəbdən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır. Heç bir panikaya səbəb yoxdur. Hər şey qaydasındadır?, - deyə Nazim Əliyev bildirdi. ***12.02 Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbində baş verən partlayışda xəsarət alanların müəyyənləşib. 1news.az-ın məlumatına görə, hadisə nəticəsində iki şagird xəsarət alıb. Onlar Bakı şəhərinin xəstəxanalarından birinə yerləşdiriliblər. ***11.56 Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə faktı təsdiqlənib. İdarədən verilən məlumata görə, hadisə yerinə polis nəfərləri cəlb olunub. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir. ***11.32 Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə sinif otağına olub. İlki məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA