Bakıda zadlıq sarayında qumbaralı atızma; 30 yaxın avtoritetin tutulduğu deyilir (Yenilənib))

img

18-10-2012 [10:21]


Paytaxtın Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayına bomba atılıb. Mia.az Publika.Az-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan şəxslər şadlıq evinə əl qumbarası atıb. Partlayışdan sonra atışma baş verib. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Qeyd edək ki, hadisə baş verən zaman şadlıq sarayında toy məclisi olub. Xəsarət alanlar barədə məlumat verilməyib. Əldə etdiyimiz xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində hadisəni törəənlər həbs olunub. *** Olay yerindən musavat.com-a verilən məlumata "Yağmur" restoranında dava toyda düşməyib. Bildirilir ki, bu gün axşamüstü sözügedən restoranda Nəriman adlı kriminal avtoritetin ad günü keçirilirmiş. Bu zaman məclisdə dava düşüb. Ardınca atışma olub. Şahidlər musavat.com-a onu da deyiblər ki, "Yağmur" restoranından iki nəfər çıxıb. Onların arxasınca da bir nəfər çölə çıxıb. Bu zaman restorandan ilk çıxan nəfər arxadakı adamı görüb qaçıblar. Onlardan biri yaxınlıqdakı "Maşallah" marketə tərəf götürülüb. Arxadan odlu silahdan açılan atəşlə o, yaralanıb. Şahidlər deyir ki, buna baxmayaraq yaralı qaçmağa davam edib. Onun yoldaşı isə restoranın arxa tərəfində gozlənib. Hazırda hadisə yerində olan müxbirimizin dediyinə görə, "Yağmur" restoranına gedən yollar bağlanıb. Polis heç kimi əməliyyat keçirilən əraziyə buraxmır. *** Başqa bir mənbə isə müxbirimizə deyib ki, restoranda ad günü olmayıb. Avtoritetlərin yığıncağı ("Sxodka") keçirilirmiş. ** 21:52 Müxbirimizin verdiyi məlumata görə, hadisə 19:45-də olub. Şahidlər musavat.com-un əməkdaşına deyiblər ki, 3 dəfə partlayış səsi eşidiblər. Yaxınlıqda yaşayan sakinlər öncə havaya fişəng atıldığı zənn ediblər. Sonra məlum olub ki, xüsusi təyinatlılar səs bombasından istifadə ediblər. Suraxanı Rayon Polis İdarəsi faktı təsdiqləsə də əlavə açıqlama verməyiblər. *** adisə yerində olan müxbirimiz bu dəqiqələrdə əlavə bilgilər verdi. Onun bildirdiyinə görə, polislər hadisə yerinə yığışın insanların içində olan bir gənci tutub atışma baş verən "Yağmur" resstoranına aparıblar. Həmin gənc müqavimət göstərmədən polislərlə gedib. Müxbirimiz hadisə şahidlərinə istinadən bildirdi ki, restorana hüquq mühafizə orqanlarının əməkdaşları hücum etmədən öncə içəridəkilərə təslim olmaq əmrini veriblər. Lakin restorandakılar bu əmrə tabe olmayıb. Bundan sonra içəri səs və tüstü qumbaraları atılıb. Hətta restoranın mətbəxinə də həmin qumbaralardan atılıb. Restoranda çalışan ofisiantların yaxınları müxbirimizə deyiblər ki, qara maskalılar restorana daxil olan zaman içəridəkilər silahlı müqavimət göstərib. Deyilənə görə, bu zaman iki nəfər öldürülüb. Öldürülənlərin restoranda tədbir keçirən avtoritetlərdən olduğu deyilir. Musavat.com *** APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən ?Yağmur? şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA