Səlim Müslümov pensiya kapitallarının artırılması hədəfindən danızdı

img

18-10-2012 [04:49]


Bakı Biznes Univeristetində Azərbaycanın sığorta-pensiya sisteminin son 20 ildəki inkişaf tarixinə həsr olunan konfrans keçirilib. Toplantıda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafının əsas istiqamətlərindən danışıb. Fondun sədri həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin formalaşdığını və bu modelin müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirdiyini vurğulayıb. Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. S.Müslümov ötən dövr ərzində görülən islahat tədbirlərinin hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirdiyini vurğulayıb. Fond sədri qeyd edib ki, 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam veriliıb. Hazırda əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. S.Müslümov həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını deyərək, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin isə 45 faizə çatdığını qeyd edib. Onun sözlərinə görə, mövcud bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması öz həllini tapmalıdır. İşləyənlərin iş yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alının pensiya kapitallarını artırmaq əsas hədəf kimi seçilib və son vaxtlar bu istiqamətdə müvafiq addımlar atılmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA